Milli Kulinariya Mərkəzindən ustad dərsləri

Milli Kulinariya Mərkəzindən ustad dərsləri

Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) yaranmasının 25 illiyi ilə bağlı noyabrın 1-dən 10 günlük ustad dərslərinin keçirilməsinə başlanılıb. AMKM-dən SİA-ya bildirilib ki, ustad dərslərini beynəlxalq tədbirlərdə iştirak etmiş və usta aşpaz dərəcəsi almış ustalar keçəcəklər. Eyni zamanda, Azərbaycan Milli Kulinariya Assosiasiyasının rəhbərliyi tərəfindən də mühazirələr oxunacaq.

Ustad dərsləri "Azərsun Holding", "Qəbələ quşçuluq" və "Qoç ət"in sponsorluğu ilə Bakı Turizm Peşə Məktəbi, 5, 12 və 18 nömrəli peşə liseylərində təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə