Kubada Azərbaycanın Müstəqillik Günü ilə bağlı foto-sərgi açılıb
Kubanın paytaxtı Havana şəhərinin ən möhtəşəm binalarından biri olan İnqilab Muzeyində Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş "Müstəqillik uğrunda mübarizə" adlı foto-sərgi açılıb. SİA-ya ölkəmizin Havanadakı səfirliyindən verilən məlumata görə, tədbirdə Kuba hökuməti və XİN-in yüksək rəsmiləri, xarici ölkələrin səfirləri və diplomatları, Azərbaycanda təhsil almış Kuba vətəndaşları və mətbuat nümayəndələri iştirak ediblər. Tədbirdə İnqilab Muzeyinin direktoru Xose Andres Peres Kintana çıxış edərək, bayram günü münasibəti ilə öz təbriklərini çatdırıb. X.A.Peres Kintana ölkələrimiz arasında əlaqələrin tarixi köklərə bağlı olduğunu və Azərbaycan tarixinin müxtəlif məqamlarını özündə əks etdirən hazırkı foto-sərginin öz növbəsində bu əlaqələrə vacib töhfə verdiyini bildirib. O, İnqilab Muzeyini yaxın həftələr ərzində ziyarət edəcək onminlərlə Kuba vətəndaşları və xarici turistlər üçün sözügedən sərginin böyük maraq kəsb edəcəyinə əminliyini ifadə edib.
Daha sonra Azərbaycanın Kubadakı səfiri Yaşar Əliyev çıxış edərək iştirakçılara Azərbaycanın dövlət müstəqilliyinin bərpası günü ilə bağlı Prezident İlham Əliyev tərəfindən imzalanmış xüsusi Sərəncam haqda geniş məlumat verib.
Sərginin açılışında iştirak edən qonaqlar nümayiş olunan fotoşəkillərlə böyük maraqla tanış olub və yerli mətbuat nümayəndələri ilə öz təəssüratlarını bölüşüblər. Tədbir zamanı Azərbaycanın dahi bəstəkarları Ü.Hacıbəyov, F.Əmirov, Q.Qarayevin klassik musiqi parçaları səslənib, müasir Azərbaycanın inkişafı və turizm imkanlarından bəhs edən video-çarxlar nümayiş etdirilib. Foto-sərgidə nümayiş olunan 100-dən çox şəkildə Azərbaycanın müstəqillik tarixinin müxtəlif dövrləri əks olunub. Sərgi kompozisiyasına 1990-cı ilin 20 yanvar faciəsi, Ermənistanın Azərbaycana qarşı təcavüzü, ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qorunması və inkişafına yönəlmiş misilsiz tarixi xidmətləri, müasir Azərbaycanın inkişafını, beynəlxalq nüfuzunu, daxili və xarici siyasətini nümayiş etdirən guşələr daxil edilib.
Foto-sərgi 2016-cı ilin 1 noyabr tarixinədək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB