Qazaxda dəyərmi masa keçirilib FOTOLAR

Qazaxda dəyərmi masa keçirilib FOTOLAR

Qazax rayon E. Hüseynov adına Mərkəzi Kitabxana Oxu zalında 18 oktyabr – Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr edilmiş dəyirmi masa keçirib. SİA-nın məlumatına görə, tədbirdə mədəniyyət işçiləri və fəal oxuculardan bir qrup iştirak edib.

Dövlət Himni səsləndikdən sonra tədbiri giriş sözü ilə açan direktor Solmaz Babanlı qeyd edib ki, 1991-ci il dekabrın 29-da ümumxalq referendumunda əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verərək Azərbaycanın müstəqilliyinin bərpasına nail olub. Bundan sonra dövlət bayrağı, himni və gerbi haqqında da qanunlar qəbul edildi. S. Babanlı Azərbaycanın Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında" 11 oktyabr 2016-cı il tarixli Sərəncamının əhəmiyyətindən danışıb.

Sonda tədbir iştirakçıları "Ucalan bayraqlı Azərbaycanım" adlı sərgiyə baxıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə