Zaqatala rayonunda MEMM-in təşkilatçılığı ilə gənc mədəniyyət işçiləri arasında növbəti debatlar təşkil olunub. SİA-nın məlumatına görə,
Zaqatala rayon Heydər Əliyev mərkəzində təşkil olunmuş debatlarda eyni zamanda Qax və Balakən rayonlarının mədəniyyət işçiləri də iştirak etmişdir. Debatların əsas müzakirə mövzusu "Mənim peşəkar mədəniyyət işçisi olmağıma mane olan səbəblər" olub.
Tədbiri açan Zaqatala rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Zümrüd Ağakişiyeva debat iştirakçılarını salamlayaraq mədəniyyət sahəsində rayonda görülən işlər haqqında geniş məlumat verib və daha böyük uğurlara nail olunmasında gənclərin böyük rolunu qeyd edib.
Debatlar zamanı, ölkəmizdə aparılan mədəniyyət siyasətinin xüsusiyyətlərini və strateji prioritetlərini bildirən Mərkəzin direktoru Asif Usubəliyev, mədəniyyət sahəsinin yerlərdə nüfuzunun və mədəniyyət işçilərinin peşəkarlıq dərəcəsinin artırılmasının zəruriliyini vurğulanıb.
Ətraflı müzakirələr şəklində keçirilmiş debatlarda gənc mədəniyyət işçiləri öz fəaliyyətində rastlaşdığı çətinlikləri qeyd edib və onların həlli istiqamətində hər bir gənc mədəniyyət işçisinin fərdi qaydada peşəkarlıq keyfiyyətlərinə yiyələnməsinin zəruriliyini bildirib.
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB