Azərbaycanın Türkiyədəki turizm nümayəndəliyi olan "Gateway" şirkəti tərəfindən Türkiyənin İstanbul şəhərində Azərbaycan mətbəxi nümunələrinin tanıtımı məqsədilə "Qardaş süfrəsi" adlı tədbir keçirilib. SİA-nın məumatına görə, tədbirdə azərbaycanlı aşbazların hazırladığı Azərbaycanın milli mətbəxinin ləziz təamları təqdim edilib. İştirakçılar tərəfindən böyük maraqla qarşılanan milli yeməklər sırasına şah plov, dolma, balıq, fisincan və çığırtma daxil edilib.
Azərbaycanın Türkiyədəki turizm nümayəndəliyinin rəhbəri Nurlana Çakmak Azərbaycanın sadəcə neft və qaz ehtiyatları ilə deyil, eyni zamanda tarixi, mədəniyyəti, təbii gözəllikləri və zəngin mətbəxi ilə də tanıtmaq istəyində olduğunu bildirib. O nümayəndəlik tərəfindən ölkəmizin təbliği istiqamətində bir sıra layihələr həyata keçirildiyini bildirib və növbəti tədbirin də həyata keçirilməsində məqsəd ölkəmizin milli yeməklərinin də qardaş ölkədə geniş yayılması və tanıdılması olmuğunu qeyd edib.
Tədbirdə həmçinin, milli mətbəximizə həsr olunan kitablar da qonaqlara təqdim edilib.
Tədbir Türkiyə mətbuatında geniş yer alıb və böyük maraqla qarşılanıb. Aşağıda qeyd olunan linklərdə ətraflı məlumatlarla tanış olmaq mümkündür:
http://www.muglabuyuksehirgazetesi.com/azerbaycan-turkiye-temsilciliginden-gardas-sofrasi-120872h.htm
http://www.milliyet.com.tr/istanbul-da-gardas-sofrasi/cadde/ydetay/2319970/default.htm
http://www.iha.com.tr/haber-azerbaycan-turkiye-temsilciliginden-gardas-sofrasi-590807/
http://www.olay53.com/haber/azerbaycan-turkiye-temsilciliginden-gardas-sofrasi-523744.htm
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB