Azərbaycanlı aktyorun ailəsində ağır itki

Azərbaycanlı aktyorun ailəsində ağır itki

Dövlət Musiqili Teatrının tanınmış aktyoru Nadir Xasıyevin ailəsində ağır itki üz verib. SİA-nın məlumatına görə, aktyorun oğlu Tural dünyasını dəyişib. Bu barədə sosial şəbəkədə teatrın aktrisası Gülçöhrə Abdullayeva yazıb: "Səhəri çox üzücü xəbərlə açdıq. Əzizimiz Nadir Xasıyevin oğlu Tural vəfat edib. Deyilənə görə, yaxşı səsi və pianino ifası varmış. Allah heç kimə bala dağı verməsin".

Bütün xəbərlər Facebook səhifəmizdə