Biləsuvarda əlil uşaqlarla görüş keçirilib

Biləsuvarda əlil uşaqlarla görüş keçirilib

Biləsuvar rayon Mərkəzi kitabxanasının əməkdaşları tərəfindən rayonda fəaliyyət göstərən "Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda" Cəmiyyətin təşkil etdiyi İcma Əsaslı Sosial Reablitasiya Mərkəzində əlil uşaqlarla görüş keçirilib. SİA-nın məlumatına görə, əməkdaşlar tərəfindən əlil uşaqlara nağıllar oxunub, Rəsm Qalereyasının işçiləri tərəfindən rəsm cəkilməsinə marağı olan uşaqlara rəsm cəkmək üçün ilkin vərdişlər öyrədilməsinə başlanılıb. Tədbir orada iştirak edən valideyn və uşaqlar tərəfindən maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə