Dahi bəstəkarın xatirəsinə həsr edilmiş konsert keçirilib FOTO
Dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 131 illiyi və 18 Sentyabr - Milli Musiqi Günü münasibətilə Ağcabədi şəhərindəki Qarabağ Muğam Mərkəzində konsert proqramı olub. SİA-nın məlumatına görə, çıxış edənlər Ü.Hacıbəylinin şərəfli ömür yolundan, zəngin və çoxşaxəli yaradıcılığından, milli musiqi mədəniyyətinin inkişafında əvəzsiz xidmətlərindən, dünya musiqi sənətinə verdiyi töhfələrdən danışıblar. Bildirilib ki, Üzeyir Hacıbəyli mədəniyyət tariximizdə dahi bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim kimi xüsusi yer tutur.
Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyevin "Üzeyir Musiqi Gününün keçirilməsi haqqında" 1995-ci il 18 sentyabr tarixli Fərmanına uyğun olaraq, hər il sentyabrın 18-də ənənəvi Üzeyir Musiqi Günü keçirilir. 2009-cu ildən başlayaraq ölkəmizdə hər il 18-28 sentyabr tarixlərində keçirilən və dahi bəstəkar Üzeyir Hacıbəyliyə həsr olunan Beynəlxalq Musiqi Festivalları böyük əks-səda doğurub. Festival konsertlərində görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edirlər.
Bayram tədbirində dahi bəstəkarın əsərlərindən parçalar səsləndirilib. Konsert proqramı tamaşaçılarda xoş ovqat yaradıb.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB