"SOS Uşaq Kəndləri - Azərbaycan Assosasiyası“ İB-i yeni layihəyə başlayır FOTOLAR
"SOS Uşaq Kəndləri - Azərbaycan Assosasiyası" İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Ailə qayğısından məhrum olma riski altında olan uşaqlar arasında maarifləndirmə tədbirlərinin təşkili" layihəsinə start verib. SİA-nın verdiyi xəbərə görə, layihə çərçivəsində 29 avqust - 3 sentyabr tarixlərində "İşsiz himayədarların fərdi kiçik sahibkarlıq və ya özünü məşğulluq fəaliyyətinə başlamaları üçün səriştələrin və biliklərinin artırılması" mövzusunda təlim keçiriləcək. Təlimləri sahibkarlıq və biznes planın yazılması üzrə təlimçi-ekspert Elxan Məmmədov keçəcək.
Təlimlərin məqsədi fərdi kiçik sahibkarlıqla məşğul olmaq istəyən himayədarların bu sahədə bacarıqlarının, məşğulluq imkanlarının əldə olunması üçün məlumatlılığın, bilik və bacarıqların və səriştələrin artırılması istiqamətində təlimlərin keçirilməsidir.
Təlimlərin yekunu olaraq 20 nəfər işsiz himayədarın məşğulluq potensiallarının araşdırılacaq və onlarla peşəyönümlü məsləhətləşmələr aparılacaq, məşğulluq və özünü məşğulluq imkanlarının əldə olunması üçün məlumatlar veriləcək, bilik və bacarıqların və səriştələrin artırılacaq, 10 nəfər işsiz himayədar əmək bazarında münasib işlərlə təmin olunmaları üçün müvafiq qurumlara və xidmət təşkilatlarına yönləndiriləcək, 5 nəfər işsiz himayədar müvafiq peşə və yaxud istisasartırma kurslarına yönləndiriləcək, 15 nəfər işsiz himayədar fərdi kiçik sahibkarlıq və ya özünü məşğulluq fəaliyyətinə başlamaları üçün təlimatlandırılacaq.
"SOS Uşaq Kəndləri-Azərbaycan Assosiasiyası" İctimai Birliyi əsası 1949-cu ildə Avstriyanın İmst şəhərində Herman Qmayner tərəfindən qoyulmuş "SOS Children‘s Villages International" humanitar təşkilatının bir üzvüdür. "SOS Children‘s Villages International" təşkilatı valideyn himayəsindən və qayğısından məhrum olmuş uşaqları irqindən, milli mənsubiyyətindən və dinindən asılı olmayaraq daimi yaşayış yeri, ailə mühiti ilə təmin edir, onları müstəqil həyata hazırlayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB