Qəbələdə “Kiyev virtuozları” Kamera Orkestrinin növbəti konserti olub
Heydər Əliyev Fondunun təşkil etdiyi VIII Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində yerli və xarici tamaşaçılar dünya şöhrətli musiqiçilərin və bədii kollektivlərin konsertlərini izləməkdə davam edirlər.
Bu gün Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin qarşısındakı açıq səhnədə təşkil edilən Ukraynanın "Kiyev virtuozları" Kamera Orkestrinin növbəti konserti böyük marağa səbəb olub. Bir çox beynəlxalq müsabiqələrin qalibi, hər il xarici ölkələrdə 40-dan çox konsert verən israilli Gil Şohatın dirijorluğu ilə keçən konsertdə Nitai Yerusəlim Musiqi Mərkəzinin və Gənc İsrail Filarmonik Orkestrinin baş müəllimi Nitai Zori (violin), Bakı Musiqi Akademiyasının beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, professor Yeganə Axundova (piano) və beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadə (piano), Azərbaycan Respublikasının Əməkdar Artisti Aleksey Miltıx (violonçel) iştirak ediblər. L.V.Bethoven, M.de Falya və F.Mendelsonun musiqi əsərlərinin səsləndirildiyi konsert tamaşaçılara xoş anlar bəxş edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB