Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sistemindəki uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində, mərkəzlərində təhsilin keyfiyyətinin yüksəldilməsini, bilikli və bacarıqlı ixtisaslı kadrların bərabərhüquqlu, şəffaf və sağlam rəqabət şəraitində seçilib yerləşdirilməsini, kadrlara olan tələb-təklif prinsiplərinin gözlənilməsini təmin etmək məqsədi ilə 2015/2016-cı tədris ilindən etibarən məktəblərə işə qəbul vakant yerlər əsasında müsabiqə yolu ilə aparılır. SİA-nın verdiyi xəbərə görə, respublikanın uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinə, mərkəzlərinə pedaqoji kadrların işə qəbulu üzrə növbəti III müsabiqə 2016-cı il avqustun ikinci yarısı-sentyabrın birinci yarısında keçiriləcəkdir. Vakant yerlər, müsabiqənin aparılması qaydaları haqqında məlumat və elektron ərizə forması Mədəniyyət və Turizm Nazirliyinin rəsmi internet saytının (www.mct.gov.az) "Elanlar" bölməsində cari ilin 15 avqust tarixindən sonra yerləşdiriləcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB