Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə yeni "Retro Bakı" layihəsinə start verilib. SİA-nın verdiyi xəbərə görə, 16-17 iyul tarixlərində layihənin növbəti konsertləri keçiriləcək. Bu həftə "Retro Bakı"da məşur şanson mahnıların ifaçısı Ceyhun Bakinski tamaşaçıların görüşünə gələcək. Həmçinin, müğənnilər Ülkər Quliyeva, Nihad Məlik, "Nabadi" gürcü folklor ansablının, "Stage Forever" gitaraçalanlar və "Bakı" estrada qruplarının, "Səma" rəqs ansablının maraqlı çıxışları təqdim olunacaq.
Qeyd edək ki, layihə oktyabırın ortalarınadək davam edəcək. Layihə çərçivəsində hər həftə sonu - şənbə və bazar günləri axşam saatlarında Fəvvarələr Meydanında müxtəlif konsert proqramları təşkil olunacaq. Layihənin məqsədi XX əsrin 60-70-ci illərində Bakıda musiqidə olan dəbi yenidən canlandırılması və yay aylarında əhalinin asudə vaxtının səmərəli keçməsinin təşkil olunmasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB