Azərbaycan Turizm və Menecment Universitetində yeni təyinat

Azərbaycan Turizm və Menecment Universitetində yeni təyinat

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) kafedra müdirləri seçkisi başa çatıb. SİA-nın verdiyi xəbərə görə, 12 may 2016-cı il tarixində mətbuatda ATMU-da 5 illik fəaliyyəti tamam olan kafedra müdirliyinə yeni namizədlərin seçki yolu ilə seçilməsi üçün elan verilmişdi. Azərbaycan Respublikası "Təhsil Haqqında" 19 iyun 2009-cu il tarixli Qanunu, Azərbaycan Turizm və Menecment Universitetinin Nizamnaməsini və Azərbaycan Turizm və Menecment Universitetinin "Kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması qaydaları"nı rəhbər tutaraq 13 iyul 2016-cı il tarixindən ATMU-nun "Kafedra müdiri və dekan vəzifəsinə seçkilər üzrə komissiyası"nın qərarı ilə: i.ü.f.d., dosent Vüqar Mehrəli oğlu Nəzərov "İqtisadiyyat"kafedrasının; f.ü.f.d., dosent Əzizə Qurban qızı Məmmədova "İngilis dili" kafedrasının; f.e.n. dosent Kamalə Təhsin qızı Kərimova "Dillər" kafedrasının müdiri vəzifəsinə təyin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə