Yay turizm mövsümü ilə əlaqədar Lənkəranda mədəni-kütləvi tədbirlərin keçirilməsi yeni vüsət alıb. SİA-nın verdiyi xəbərə görə, bununla əlaqədar olaraq Lənkəran şəhər Mədəniyyət və Turizm şöbəsi tərəfindən tədbirlər planı hazırlanmış və tədbirlər planı üzrə işlər davam etdirilir. Lənkəran Mədəniyyət Mərkəzinin klub filialları təkcə iyun ayında 67 klub 100-dən çox musiqili, əyləncəli, mədəni kütləvi tədbir keçirib. Bu mədəni-kütləvi tədbirlərin əksəriyyəti istirahət mərkəzlərində baş tutub.
Növbəti konsert Lənkəran şəhər Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə Lənkəran Heydər Əliyev xatirə parkında təşkil olunub. Konsertə rayonda olan xarici turistlər də iştirak ediblər. Konsert proqramını Lənkəran şəhər Mədəniyyət və Turizm şöbəsinin müdiri Vüsal Nəsirli açaraq respublikada turizmin inkişaf etdirilməsi sahəsində görülən işlərdən və Lənkəran şəhər Mədəniyyət və Turizm şöbəsinin keçirdiyi tədbirlərdən danışıb.
Sonra konsert proqramı davam etdirilib. Mədəniyyət işçilərindən Ətayə Şəfiyeva, Nurlan Ziyadoğlu, Elşən Əsgərov, Mehman Heydərov,Qurban Nəzərov, Mətanət Babayeva, Qoşqar Məmmədli, Əli Hüseynov, Günay Rzayeva, Əhməd Kərimov, Rəhim Hüseynov, Xalid və Cavid Dadaşov qardaşları , Elgün Əlizadə, skripka ustası İlqar Əliyev, klarnetçalan İlqar Tahiroğlu, saz ustası Məmməd Nəsirli biri-birindən maraqlı və xoş duyğular oyadan şən mahnılar ifa ediblər. Mədəniyyət Mərkəzinin bədii qiraət ustaları Fatimə Mirzəzadə və Zümral Məmmədova konsertin mövzusuna aid şeirlər söyləyiblər. Mədəniyyət Mərkəzinin "Çölləmə" və Girdəni Diyarşünaslıq Evinin "Vənəşə" rəqs ansambllarının ifa etdiyi gözəl rəqslər də konsertə əlavə rəng qatıb. Konsertə toplanmış minə yaxın tamaşaçının sürəkli alqışları, xüsusən də balacaların hər ifaya qoşulub rəqs etməsi bayram əhval-ruhiyyəsi yaradıb.
Qeyd edək ki, üç saata yaxın davam edən konsert böyük atəşfəşanlıqla başa çatıb.





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB