Azərbaycan Dövlət Pantomima Teatrının səhnəsində "Adagio" (poetik düşüncə) adlı yeni səhnə əsərinin premyerası keçirilib. SİA-nın verdiyi xəbərə görə, tamaşanın quruluşçu rejissoru, xalq artisti Bəxtiyar Xanızadə və əməkdar artisti Nargilə Qəribova, quruluşçu rəssamı və musiqi tərtibatçısı əməkdar artisti Nargilə Qəribova, rəqslərin quruluşu isə Elnur İsmayılovdur.
Tamaşada müxtəlif şairlərin şeirlərindən istifadə olunub. Bu şeirlərdə qadın düşüncəsi, qadın duyğusu əsas yer tutur. Səhnə əsərində qadın-kişi münasibəti və digər məsələlər qaldırılıb. Sözün, musiqinin və rəqsin vəhdətindən yoğurulmuş bu səhnə əsəri insanı dünənə apardığı qədər, həm də sabaha səsləyir.
Tamaşaçılar arasında teatr kino və incəsənət sahəsində tanınmış simalardan xalq artisiti Fuad Poladov, Sənubər İsgəndərli, Əminə Yusifqızı əməkdar artist Mehriban Zəki, Natiq Şirinov, Ayan Mirqasımova, kinorejissor Xalq artisti Oqtay Mirqasımov, televiziya rejissoru Xalq artisti Ramiz Həsənoğlu, kinorejissor Rövşən İsax, Vaqif Azəryar, C.Cabbarlı adina kinostudiyanın direktoru Müşfiq Hətəmov, bəstəkar Gövhər Həsənzadə teatrşünas professor əməkdar incəsəsnt xadimi Aydin Talıbzadə və media işçiləri var idi.
Azərbaycan Dövlət Pantomima Teatrı 23-cü teatr mövsümünü iyul ayının 17-də Bəxtiyar Xanızadənin "Adagio" tamaşası ilə bağlayacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB