Azərbaycanlı turistlərin sayı azala bilər

Buna səbəb Türkiyə otellərinin "all inclusiv" sistemini ləğv etməyə hazırlaşmasıdır
Azərbaycanlı turistlərin sayı azala bilər

Azərbaycandan Türkiyəyə gedən turistlərin sayında ciddi azalma ola bilər. Buna səbəb Türkiyə otellərinin "all inclusiv", yəni "hər şey daxil" sistemini ləğv etməyə hazırlaşmasıdır. Belə bir təklifi Türkiyə Turizm Agentlikləri Assosiasiyası hökumətə təqdim edib. Təklif onunla əsaslandırılıb ki, bu sistem otelləri daha çox pul qazanmağa imkan vermir.

Azərbaycan turizimçiləri isə hesab edirlər ki, əgər bu sistem ləğv edilsə, Türkiyəyə səfərlərdə azalmalar müşahidə olunacaq.

"Hər şey daxil" sistemini turistlər üçün əlverişli edən amil isə adından göründüyü kimi, otelin bütün xidmətlərindən əlavə ödəniş etmədən yararlanmağın mümkünlüyüdür. Bu isə xüsusilə ailəvi səyahət edənlər üçün sərfəlidir.

Bu sistemin ləğv olunması Türkiyəyə turların qiymətinə də təsir edə bilər. Belə ki, qiymətlər azala bilər. Ancaq bununla belə, Türkiyəyə səyahət əvvəlki kimi sərfəli olmayacaq.

Qeyd edək ki, hər il Azərbaycandan Türkiyəyə 200 minə yaxın turist səfər edir.

Bütün xəbərlər Facebook səhifəmizdə