Azərbaycan kulinarları beynəlxalq çempionatdan uğurla döndülər
Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) təşkilatçılığı ilə mətbuat konfransı keçirilib. SİA-nın verdiyi xəbərə görə, AMKA prezidentinin müavini Ceyran Mahmudova Ukraynanın Çernovçi şəhərində keçirilən "BESTCookFESTJunior-2016" Beynəlxalq Kulinariya Çempionatından söhbət açıb.
Bildirilib ki, qurumun 200 əməkdaşından 3 nəfər- Nicat Babayev, Elməddin Mürsəliyev və Azərbaycan Milli Kulinariya Mərkəzinin texnoloqu, komandanın kapitanı Azadə Musabəyli seçilərək çempionatda ölkəmizi təmsil edib.
Çempionatda Azərbaycan, Polşa, Türkiyə, İsrail, Serbiya, Ukrayna daxil olmaqla 6 ölkə iştirak edib.
Təkbətək və komanda yarışlarında quzu əti, balıq və desert yeməklərində komandamız yüksək nəticə göstərib. Beləliklə tərkibi ancaq gənclərdən ibarət olan komandamız 7 fərdi və 1 komanda yarışında 2 gümüş, 4 bürünc və 1 qızıl medal qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB