Rusiyada yaşayan tanınmış rəssam Bayram Salamovun Bakıda Muzey Mərkəzində fərdi sərgisi açılacaq. Muzey Mərkəzindən SİA-ya bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə iyul 5-də keçiriləcək sərgi iyulun 9-dək davam edəcək.
asınBayram Salamov 1965-ci ildə Şəkinin Qoxmuq kəndində anadan olub. 1986-cı ildə Ə.Əzimzadə adına rəssamlıq məktəbini bitirib. 1990-cı ildən Tolyatti şəhərində yaşayır. Bayram Salamovun Tolyatti, Çelyabinsk, Samara (Rusiya), Praqa (Çexiya), Limassol (Kipr) və digər şəhərlərdə 20-dək fərdi sərgisi olub. Bakıda ilk fərdi sərgisi 2014-cü ildə "1969" qalereyda təşkil edilib.
Dünyanın nüfuzlu sərgilərində iştirak edən Bayram Salamov bir çox mükafatlara layiq görülüb. O, Rusiya Rəssamlarının Yaradıcılıq İttifaqının və Beynəlxalq Rəssamlar Federasiyasının üzvüdür. Əsərləri Almaniya, Çexiya, İsveç, İtaliya, Kanada, İrlandiya və Böyük Britaniyada fərdi kolleksiyalarda saxlanılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB