“Müşfiqin ürəyi yarpaqdan incə” adlı tədbir keçirilib FOTOLAR

“Müşfiqin ürəyi yarpaqdan incə” adlı tədbir keçirilib FOTOLAR

Mədəniyyətsünaslıq üzrə Elmi-Metodiki Mərkəzin, Yasamal rayon İcra Hakimiyyətinin və ziyalıların birgə təşkilatçılığı ilə ölməz şair Mikayıl Müşfiqin 108-ci illiyinə həsr olunmuş "Müşfiqin ürəyi yarpaqdan incə" adlı poeziya günü keçirilib. Mərkəzin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbiri ziyalı müşfiqsevər ağsaqqal Adil Sadıxov açaraq, Mikayıl Müşfiqin yaradıcılığından bəhs edib.

Yasamal rayon İcra Hakimiyyətinin başçısının humanitar məsələlər üzrə müavini Təravət Muradova belə gözəl bayramın təşkili üçün icra başçısı İbrahim Mehdiyevə təşəkkür edib.

Tədbirdə çıxış edən Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin Təbliğat və statistik araşdırmalar şöbəsinin müdiri M.Müşfiq və C.Cabbarlı mükafatı laureatı Sənan Talıbov çıxış edərək, Mikayıl Müşfiqin bədii ədəbiyyatımıza verdiyi töhfələrdən danışıb.

Sonda əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru Qafar Əsgərzadə, şairlər Oqtay Rza, Müşfiq Cabiroğlu, Vahab İsmayılzadə, alim Firudin Qurbansoy, professor Rafiq Sadıqov, "Cahan İdman Klubu" İctimayi Birliyinin sədri Elçin Eyvazov, rəssam Minayə Feyzullayeva, M.Müşfiq adına 18 saylı tam orta məktəbinin müəllimi Ənvər Səfərov və şagirdləri, aktyor Rasim Məmmədov, aşıq Aidə Gülgəz və xanəndə İnci Şırvanlı Müşfiq poeziyasının tükənməz çeşməsinin bir-birindən gözəl əsərlərini səsləndirərək, poeziya gününə rəng qatıblar.

Qeyd edək ki, tədbir Müşfiqin dünyaya göz açdığı Xızı rayonu Sayadlı kəndində davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə