Uşaqların “Rəqsə səyahət” adlı konserti baş tutub

Uşaqların “Rəqsə səyahət” adlı konserti baş tutub

Azərbaycan Dövlət Uşaq Filarmoniyası Gənc Tamaşaçılar Teatrında "Rəqsə səyahət" adlı konsert proqramı ilə çıxış edib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, konsert proqramında "Nəlbəki", "Nəcib vals", "İspan", "Fin", "Kavboy" , "Yol", "Dəsmalı" kimi rəngarəng rəqslər təqdim olunub.

Qeyd edək ki, Azərbaycan Dövlət Uşaq Filarmoniyası 1991-ci ildə təşkil olunub. Hal-hazırda kollektivdə 4 yaşından 16 yaşınadək 250-dən çox uşaq məşğul olur. Uşaqlara milli rəqslərlə yanaşı, dünya xalqlarının rəqsləri professional müəllimlər tərəfindən öyrədilir. "Rəqs ansamblı" fəaliyyət göstərdiyi illər ərzində bir çox müsabiqələrdə iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə