“Dünya uşaqların gözü ilə”

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin şəbəkəsinə daxil olan Səbail rayon MKS-nin 1 saylı filialı 16 nömrəli texniki humanitar lisey ilə birlikdə "Dünya uşaqların gözü ilə" mövzusunda sərgi təşkil edib.

İdarənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirdə uşaqlara dövlət qayğısından söhbət açılıb. Bildirilib ki, Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib.

Tədbirdə dövlətimizin uşaqların inkişafı naminə reallaşdırdığı layihələrdən geniş söz açılıb.

Sonda məktəblilər mövzu ilə əlaqədar asfalt üzərində şəkillər çəkiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə