“Cipollino” tamaşaçılara təqdim olunub

“Cipollino” tamaşaçılara təqdim olunub

Gəncə Dövlət Kukla Teatrı 30-cu teatr mövsümündə yeni hazırladığı Canni Rodarinin "Cipollino" tamaşasını ictimai baxışa təqdim edib. SİA-nın verdiyi xəbərə görə, parket stilli kuklalarla oynanılan tamaşa 6-12 yaş uşaqlar üçün nəzərdə tutulub.

Səhnə əsərinin quruluşçu rejissoru teatrın baş rejissoru, əməkdar artist Fərmail Paşayev, quruluşçu rəssamı Sara Məmmədovadır.

Tamaşada rolları əməkdar artistlər Xudayət Əsgərov, Nağəddin Məmmədov, aktyorlardan Səməd Xanəhmədov, Elmar Vəliyev, Nahidə Namazova, Yeganə Məmmədova və Nərmin Şərifova ifa ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə