Azərbaycan Dövlət Filarmoniyasının iyun ayına olan REPERTUARI

Azərbaycan Dövlət Filarmoniyasının iyun ayına olan REPERTUARI

M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası iyun ayına olan repertuarını açıqlayıb. Filarmoniyadan SİA-ya verilən xəbərə görə, iyunun 2-də Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri akademik Vəli Axundovun anadan olmasının 100 illik yubileyinə həsr olunmuş konsert proqramı ilə çıxış edəcək. Həmçinin, iyunun 3-də və 24-də orkestrin konserti keçiriləcək.

İyunun 22-də Azərbaycan Dövlət Xor Kapellasının, 25-də isə "İpək Yolu" VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin konserti olacaq.

Bundan əlavə, iyunun 11-də Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqi zalında H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin kollektivi və Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri konsert proqramı ilə çıxış edəcək.

Qeyd edək ki, konsert proqramları saat 19.00-da başlanır.

Bütün xəbərlər Facebook səhifəmizdə