Qusarda Qarabağın tarixinə həsr olunmuş tədbir keçirilib

Qusarda Qarabağın tarixinə həsr olunmuş tədbir keçirilib

Sağlam Yaşa Gənclərin Maarifləndirilməsi İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə Qusar şəhərində "Ermənistanın işğalı nəticəsində məhv və qəsb edilmiş tarixi və mədəni abidələrimiz haqqında məlumatların təbliği" mövzusunda tədbir keçirilib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, tədbirdə Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində mədəni irsin məhv edilməsinə və saxtalaşdırılmasına yönələn, beynəlxalq konvensiyalarda bəşəri cinayət kimi qiymətləndirilən əməllər haqqında fikirlər səsləndirilib, ermənilərin bu ərazilərdə qalan tarixi mədəniyyət abidələrini dağıdaraq izlərini sildiyi ya da onları erməni abidələri adı altında saxtalaşdırdıqları qeyd olunub.

Sonda Qarabağın tarixi abidələri haqqında video çarx nümayiş olunub, tədbir iştirakçılarına mövzunu əhatə edən çap məhsulları paylanılıb.

Qeyd edək ki, tədbirdə mədəniyyət, təhsil və gənclər təşkilatı üzvləri iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə