“Gözləri yollarda qalan dağlarım”

“Gözləri yollarda qalan dağlarım”

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan Nizami rayon Mərkəzi Kitabxanasının uşaq şöbəsi Laçın rayonunun işğalı günü ilə əlaqədar "Gözləri yollarda qalan dağlarım" adlı tədbir keçirib. SİA-nın verdiyi xəbərə görə, çıxış edən kitabxananın şöbə müdiri N.Təhməzova məktəblilərə Azərbaycanın dilbər guşəsindən biri olan Laçın rayonu haqqında məlumat verərək, onun təbiətindən, tarixi abidələrindən danışıb.

Tədbir diskussiya şəklində davam edib.

Daha sonra "Həkəri naləsi" adlı sərgiyə baxış keçirilib.

Sonda rayonun 109 nömrəli tam orta məktəbinin şagirdləri tərəfindən Vətənpərvərlik mövzusunda şeir və mahnılardan ibarət ədəbi-bədii kompozisiya təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə