Siyəzən rayon Mədəniyyət Mərkəzində 15 may "Beynəlxalq Ailə Günü" ilə əlaqədar "Ailə müqəddəsdir!" adı altında dəyirmi masa keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, tədbirə rayonda və kəndlərdə yaşayan nümunəvi ailələr, müxtəlif idarə və müəssisələrdən nümayəndələr, rayon Ağsaqqallar şurasının sədri Qəzənfər Nəcəfov dəvət olunub.
Tədbiri giriş sözü ilə Siyəzən rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Zəminə Qədirli açaraq tədbir iştirakçılarının hər birini "Beynəlxalq Ailə Günü" münasibətilə təbrik edərək onlara öz ürək sözlərini deyib. Sonra Mədəniyyət Mərkəzinin direktoru Ziyadə Dadaşova, Ağsaqqallar şurasının sədri Qəzənfər Nəcəfov, həkim Firdovsi Hacıyev, kənd sakini Hüseynağa Ağamalıyeva, Saməddin Əliyev, Pirverdi Tarverdiyev və başqaları çıxış ediblər.
Mərasim diskussiya şəklində davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB