Dünya incəsənətinə ağır itki üz verdi

Dünya incəsənətinə ağır itki üz verdi

Tanınmış İsveç rəssamı və heykəltəraşı Karl Fredrix Reytersverd 82 yaşında dünyasını dəyişib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, görkəmli sənətkarın ən məşhur əl işi "Şiddətə qarşı" əsəridir. O, 1980-ci ildə yaratdığı incəsənət nümunəsini yaxın dostu, əfsanəvi "Bitlz" qrupunun solisti Con Lennonun ölümünə ithaf edib. Sözügedən əsər səkkiz il sonra BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahı qarşısında ucaldılıb.

Qeyd edək ki, Fredrix Reytersverd 1934-cü ildə anadan olub. O, 1980-ci ildə keçirdiyi insultun nəticəsində iflic olur. Lakin buna baxmayaraq, ömrünün son gününə qədər öz peşəsi ilə məşğul olmağa davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə