“Zərifə Əliyeva timsalında əsl Azərbaycan xanımı obrazı" FOTOLAR

“Zərifə Əliyeva timsalında əsl Azərbaycan xanımı obrazı" FOTOLAR

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz Saatlı rayon Mədəniyyət və turizm şöbəsinin birgə təşkilatçılığı ilə rayonun Gənclər Mərkəzində Zərifə xanım Əliyevanın anadan olmasının 93 illiyinə həsr olunmuş "Zərifə Əliyeva timsalında əsl Azərbaycan xanımı obrazı" adlı seminar keçirib. Mərkəzin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, rayon təhsil və səhiyyə işçilərinin də qatıldığı seminar Saatlı rayon mədəniyyət və turizm şöbəsinin müdiri Şərqiyyə Şahpələngova, Heydər Əliyev Mərkəzinin direktoru Əzizağa Quliyev, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev və əməkdaşları Aynur Xudanlı, Aygün Balabəyova, Fərhad Abdulov, Saatlı rayon "Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu"nun koordinatoru Fuad Əliyevlə yanaşı, 200-dən çox gənc iştirakçını əhatə edib.

Mədəniyyət siyasətinin və "Gənc Mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu"nun fəaliyyətinin əhəmiyyətindən söz açan Asif Usubəliyev seminarda iştirak edən müxtəlif sahələrin işçilərinin təkliflərinə münasibət bildirib.

Mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda Saatlı rayon "Gənc Mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu" təşəbbüskar fəaliyyətinə görə hədiyyə ilə təltif olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə