Məşhur xanəndələr ABŞ-a səfər edəcək

Məşhur xanəndələr ABŞ-a səfər edəcək

Xalq artisti Alim Qasımov və qızı əməkdar artist Fərqanə Qasımova ABŞ-a qastrol səfərinə yollanacaq. SİA-nın verdiyi xəbərə görə, görkəmli xanəndələr muğamlar, təsniflər və müxtəlif bəstəkar mahnılarından ibarət geniş konsert proqramı ilə çıxış edəcək.

Konsertə gələn əcnəbi qonaqlar üçün həmçinin, "Leyli və Məcnun" operasından parçalar təqdim olunacaq.

Qeyd edək ki, sənətkarın ABŞ-dan qayıtdıqdan sonra daha bir neçə ölkəyə qastrol səfəri gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə