Ali Hərbi Məktəbdə “Ana can” adlı tədbir keçirilib FOTOLAR

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə Mərkəzi Xətai rayon Mədəniyyət Mərkəzi ilə birgə ordumuza mənəvi dəstək məqsədilə, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbdə "Ana can" adlı tədbir keçirilib. İdarədən SİA-ya verilən xəbərə görə, tədbirdə Ali Hərbi Məktəbin zabit heyəti və kursantları, Xətai rayon Gənclər və İdman İdarəsinin əməkdaşları iştirak edib.

Konsertdə tanınmış müğənnilər Mirkamil Kamilov, Səbinə Əsgərova, rəqqasə Fatimə Fətəliyevanın çıxışları olub. "Banu" rəqs ansamblının və digər rəqs kollektivlərinin çıxışları tamaşaçılara xoş əhvali-ruhiyyə bəxş edib.

Sonda Xətai rayon Gənclər və İdman İdarəsi tərəfindən konsert iştirakçıları Fəxri Fərmanlarla təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...