Nizami Kino Mərkəzi British Council Azərbaycan və Böyük Britaniyanın Azərbaycandakı səfirliyi ilə birgə "İkinci Britaniya Film Baharı Festivalı"nın açılışını keçirib. Mərkəzin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Britaniya Bahar Film Festivalı aprelin 30-dək Nizami Kino Mərkəzində müasir Britaniya kinematoqrafiyasının uğur qazanmış ən yaxşı yeni filmlərini təqdim edir.
Festival Kolm Toybinin eyniadlı romanı əsasında Nik Hornbinin ssenarisi ilə, rejissor Con Kraulinin çəkdiyi Oskar nominasiyalı "Bruklin" adlı tarixi dramın premyerası ilə açılıb.
Festivalın növbəti günlərində, həmçinin, aktrisa Meqqi Smitin baş rolda çəkildiyi "Furqondakı ledi", rejissor Endrü Heyin Berlin Kino Festivalının qalibi olmuş "45 il" filmi, baş rollarda Kolin Farrel və Reyçel Vaysın çəkildiyi rejissor Yorqos Lantimosun "Lobster" filmi daxil olmaqla, altı maraqlı və eyni zamanda, çox fərqli filmlər izləyicilərə təqdim olunacaq.
Qeyd edək ki, British Council Bakıda ilk Britaniya Film Festivalını 2013-cü ildə təşkil edib. İkinci film festivalı "Britaniya Film Baharı" (British Film Spring) adı altında 2015-ci ildə baş tutub.
Bütün filmlər Nizami Kino Mərkəzində ingilis dilində rus dilində alt yazılarla nümayiş edilir.


.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB