Türkiyədə doqquz yeni muzey açılacaq. SİA-nın Türkiyə mətbuatına istinadən verilən xəbərə görə, ölkənin ən məşhur turizm mərkəzi hesab olunan Antalyada yeni muzeylər fəaliyyətə başlayacaq. Bu haqda Antalya Şəhər Bələdiyyəsi rəsmi məlumat verib. Qurum nümayəndəsinin sözlərinə görə, Antalyada Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Etnoqrafiya Muzeyi", "Mevlevihane Muzeyi", Şəhər Bələdiyyəsi tərəfindən isə "Şəhər Muzeyi", "Türk və İslam Mədəniyyətləri Muzeyi", "Nekropol Muzeyi", "Evrenseki Yörük Muzeyi", "Kino Muzeyi", "Təbiət Tarixi Muzeyi" və "Təbiət Mövzulu Əyləncə Muzeyi"nin yaradılmasının icrasına başlanıb.
Qeyd edək ki, muzeylərin yaradılması yerli və xarici turistlərin şəhərə axınını daha da artırmaq, onların mədəni istirahətini təmin etmək məqsədi daşıyır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB