İngiltərə şahzadəsi film çəkilişində iştirak edib

İngiltərə Krallığının şahzadəsi Harri və hersoq qardaşı Uilyam "Ulduz savaşları. VIII Epizod" filminin çəkiliş məkanını ziyarət edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, pavilyonları gəzən şahzadə və qardaşı, həmçinin, ekran əsərində istifadə olunan rekvizitlərlə də tanış olub.

Qeyd edək ki, çəkiliş məkanında onları amerikalı aktyor Mark Hemill, ingilis aktrisası Deyzi Ridli və rejissor Rayan Conson müşayət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə