Füzuli Dövlət Dram teatrı yeni tamaşaya hazırlaşır. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, teatrda Cahangir Məmmədovun "Günəş zindanda" əsərinin son məşqləri gedir.
Tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Nizami Süleymanovdur.
Səhnə əsərində əsas rolları Vaqif Rəhimov, Məryəm Məmmədova, Vüqar Babayev, İntizar Quliyeva, Qaçaq Qarayev, Sevinc Məmmədova, Əli Hüseynov, Sehran Xanlarov, Fatimə Səfərəliyeva, Elçin Məmmədov, Aygün Cəfərova, Əsmər İbrahimova, Firuzə Səfərəliyeva, Elşən Gözəlov və başqaları ifa edir.
Qeyd edək ki, tamaşa yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB