“Şəhidim” adlı şeir gecəsi keçirilib

“Şəhidim” adlı şeir gecəsi keçirilib

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Söz" adlı ədəbi bədii layihənin növbəti tədbiri keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, sayca 7-ci olan "Söz" ədəbi layihəsinin bu dəfəki tədbiri Qarabağ uğrunda döyüşlərdə şəhid olan əsgər və zabitlərimizin xatirəsinə həsr edilib. Tədbirdə gənc yazarlar-Emin Piri, Aysel Fikrət, Ələmdar Cabbarlı, Alik Əlioğlu, Rabigə Nazim qızı, Fərid Hüseyn, Saleh Səbat vətənpərvərlik mövzusunda şeirləri səsləndirib.

Gecədə poeziya nümunələri ilə yanaşı, "Savalan" qrupunun təqdimatında vətənpərvərlik mövzusunda musiqilər də ifa olunub.

Qeyd edək ki, layihənin məqsədi Azərbaycan yazıçı və şairlərinin həm ölkə daxilində, həm də beynəlxalq ədəbi mühitdə tanıdılması, cəmiyyətdə ədəbiyyata, ədəbi ənənələrə, poetik axşamlara marağın və diqqətin artırılması, həmçinin, ədəbi inkişafın stimullaşdırılmasıdır. Ölkəmizin mədəniyyətinin təbliği, klassik və müasir ədəbiyyatın dünyada tanıdılması, yeni istedadlı yazarların aşkar olunması baxımından əhəmiyyətli olan layihənin rəhbəri Nigar Həsənzadədir.

Bütün xəbərlər Facebook səhifəmizdə