"Kann"da yarışacaq filmlərin siyahısı açıqlanıb FOTOLAR

Bu il 11-22 May tarixlərində keçiriləcək 69-cu Kann Film Festivalında dünyanın dörd bir yanından 20 film yarışacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu haqda Festivalın icraçı direktoru Thierry Fremaux və rəhbəri Pierre Lescure Parisdə keçirilən mətbuat konfransında məlumat verib.

Həmin filmlərin siyahısını təqdim edirik:

"Tori Erdmann"- rejissor Maren Ed. Almaniya

"Juliyetta"-rejissor Pedro Almodovar. İspaniya

"Amerikan balı"-rejissor. Andrea Arnold. Böyük Britaniya

"Şəxsi alıcı"-rejissor Olivye Assayas. Fransa

"Qərib"-rejissor Pyer və Lük Dardenne qardaşları. Belçika

"Sadəcə dünyanın sonudur"-rejissor Ksavye Dolan. Kanada

"Sakit bataqlıqda" rejissor Bruno Dyumon. Fransa

"Daş xəstəliyi" rejissor Nikolya Qarsia. Fransa

"Rester vertikal" rejissor Alen Qirodi. Fransa

"Paterson" rejissor Jim Darmuş. ABŞ

"Aquarius" rejissor Kleber Mendoniça Filho. Brazilya

"Mən-Deniel Bleykəm" rejissor Ken Louç. Böyük Britaniya

"Ma Rosa" rejissor Briyante Mendosa. Filippin

"Ailə şəkilləri" rejissor Kristian Mundjiu. Rumıniya

"Lavinq"-rejissor Ceff Nikols. ABŞ

"Qulluqçu"-rejissor Pak Çxan Uk. Cənubi Koreya

"Axırıncı üz"-rejissor Şon Penn. ABŞ

"Syerra Nevada"-rejissor Kristi Puyu. Rumıniya

Qeyd edək ki, festivalın münsiflər heyətinin üzvləri bir həftə sonra açıqlanacaq.

Kubra Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...