Ulu Öndərin 93-cü ildönümünə həsr olunmuş konfrans keçiriləcək

Ulu Öndərin 93-cü ildönümünə həsr olunmuş konfrans keçiriləcək

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş "Ulu öndər Heydər Əliyevin Azərbaycan Milli Kitabxanasına hədiyyə etdiyi şəxsi kitabları" mövzusunda sərgi-konfrans keçiriləcək. Nazirlikdən SİA-ya verilən xəbərə görə, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Tərtər rayon İcra Hakimiyyəti və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə gerçəkləşəcək.

Qeyd edək ki, tədbir 19 aprel 2016-cı il tarixində saat 11.00-da Tərtər rayon Gənclər Mərkəzində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə