Oruc Əliyevin 60 illik yubileyi qeyd olunub

Oruc Əliyevin 60 illik yubileyi qeyd olunub

Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) təşkilatçılığı ilə tanınmış kulinar, AMKA-nın idarə heyətinin və Respublika Kulinariya Şurasının üzvü, usta aşbaz Oruc Əliyevin 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

SİA-nın verdiyi xəbərə görə, AMKA-nın prezidenti, UNESCO-nun Ənənəvi Qida Komitəsinin sədri Tahir Əmiraslanov yubilyarı təbrik edib, onun ölkəmizi Malta, Almaniya, Misir, Türkmənistan, Moldova, Fransa, ABŞ, Malayziya və digər dövlətlərdə uğurla təmsil etdiyini vurğulayıb.

Yubiley tədbirində usta aşbaza 60 yaşı və 40 illik əmək fəaliyyəti münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının, Azərbaycan Milli Kulinariya Mərkəzinin və AMKA-nın fəxri fərmanları təqdim olunub.

Qeyd edək ki, tədbir konsert proqramı ilə davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə