“Qato” ləqəbli cazmen dünyasını dəyişib

“Qato” ləqəbli cazmen dünyasını dəyişib

Məşhur argentinalı cazmen və bəstəkar, "Qato" ləqəbli Leonardo Barberi dünyasını dəyişib. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Nyu-Yorkda xəstəxanada vəfat edən 83 yaşlı musiqiçinin ölüm səbəbi kimi ciyərlərində yaranan problem göstərilib.

Qeyd edək ki, Leonardo Barberinin 1967-1982-ci illərdə 30-dan çox albomu işıq üzü görüb. O, 1973-cü ildə "Parisdə sonuncu tanqo" filminin musiqisinə görə, "Qremmi" mükafatına layiq görülüb.

Məşhur cazmen 2015-ci ildə müasir Latın Amerika musiqi dünyasının ən prestijli mükafatı hesab olunan "Latın Qremmisi"ni əldə edib.

Bayramova Kubra

Bütün xəbərlər Facebook səhifəmizdə