Aprelin 9-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçiriləcək C.Puççininin "Madam Batterfly" operasının tamaşasında azərbaycanlı opera sənətçiləri ABŞ və Ukraynadan olan vokal ulduzları ilə birlikdə çıxış edəcəklər. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, ilk dəfə olaraq, bu operada Çio-Çio-San partiyasını Cənubi Koreya mənşəli amerikalı vokalçı Sueon Kim ifa edəcək.
Sueon Kim dünyanın ən mötəbər teatr və konsert səhnələrində - Nyu-Yorkun Karneqi-holl, Vyananın Müzikfereyn, Tokionun Santori-holl, Honkonqun City-holl kimi saraylarında solo konsertlər və opera tamaşalarında çıxış edib.
Vokalçı Fransa, Almaniya, Yaponiya, Cənubi Koreya, Çexiya, Nyu-Yorkun "Metropoliten-operası"nda "Kənd namusu", "Traviata", "Don Juan", "Boqema", "Trubadur", "Armida" və digər opera tamaşalarında əsas partiyaları uğurla ifa edib.
"Madam Batterfly" operasının tamaşasında Şarples partiyasında isə Ukraynanın əməkdar artisti Dmitri Qrişin çıxış edəcək.
Tamaşada Azərbaycanın əməkdar artistləri Fərid Əliyev Pinkerton, Səbinə Vahabzadə isə Suzuki rolunu ifa edəcəklər.
Qeyd edək ki, tamaşanın dirijoru xalq artisti, professor Yalçın Adıgözəlovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB