Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Zaur Məmmədov adına 171 saylı tam orta məktəbdə 31 mart – azərbaycanlıların soyqırımının 98-ci ildönümünə həsr olunmuş "Tariximizin faciəli səhifəsi" adlı tədbir təşkil olunub. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Azərbaycan Milli Elmlər Akdemiyasının Tarix İnstitutunun doktorantı Ülvi Quliyev, kitabxananın əməkdaşları, fəal oxucuları, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Tədbir başlamadan öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib və soyqırımı şəhidlərinin, Azərbaycanın bütövlüyü uğrunda canlarını fəda etmiş bütün soydaşlarımızın ruhu bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasının əməkdaşlarının hazırladığı 31 mart - Soyqırımı gününü əks etdirən videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan Xətai rayon Mərkəzi Kitabxanasının əməkdaşı Gülzadə Quliyeva soyqırımı haqqında ətraflı məlumat verib və bu dəhşətli faciənin Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu vurğulayıb.
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasının direktoru Oruc Quliyev, məktəbin direktoru Telman Qardaşov, doktorant Ülvi Quliyev öz çıxışlarında faciə haqqında iştirakçılara geniş məlumat veriblər.
Daha sonra Zaur Məmmədov adına 171 saylı tam orta məktəbin şagirdlərinin iştirakı ilə "Tariximizin faciəli səhifəsi" adlı kompozisiya nümayiş etdirilib.
Qeyd edək ki, sonda tədbir iştirakçıları "Tariximizin faciəli səhifəsi" adlı sərgiyə, fotostendə baxış keçiriblər.
.jpg)
Kubra Bayramova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB