“Polyak gənclərin sənədli fotoqrafiya festivalı”nın açılışı olacaq
Bakıda "Polyak gənclərin sənədli fotoqrafiya festivalı"nın açılış mərasimi keçiriləcək. Azərbaycan Fotoqraflar Birliyindən SİA-ya verilən xəbərə görə, aprelin 2-də baş tutacaq "IS(NOT)" adlanan sərgi Müasir İncəsənət Mərkəzində nümayiş olunacaq. Layihənın əlaqələndiriciləri Polşa tərəfdən Marzena Mixalek-Dabrovska, Azərbaycan tərəfdən - Məmməd Əliyevdir.
Sərgidə məşhur polyak fotoqrafları Rafal Milax, Aqneşka Rays, Adam Pançuk, Mixa Lujak və Yan Brıkdjinskinin İslandiya barədə təəssüratlarını əks etdirən fotolar yer alacaq.
Sərgi çərçivəsində polyak fotokitablarının təqdimatı da keçiriləcək.
Qeyd edək ki, aprelin 1-dən 10-dək davam edəcək festival "Sputnik Photos", "Oculi Populi", Azərbaycan Fotoqraflar Birliyi və "People You May Know" təşkilatları tərəfindən gerçəkləşdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB