Tarix-mədəniyyət qoruqlarında Novruz şənlikləri keçirilir

Tarix-mədəniyyət qoruqlarında Novruz şənlikləri keçirilir

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan tarix-mədəniyyət qoruqlarında Novruz şənlikləri keçirilir.

SİA Mədəniyyət və Turizm Nazirliyinə istinadən, tədbirlər planını təqdim edir:

Keçirilən məkan

Tarix

Saat

Tədbir

Şəki şəhəri, "Yuxarı Baş"Dövlət tarix-memarlıq qoruğu

15 - 28 mart

Gün ərzində

- Qoruq ərazisində yaşayan məhəllə uşaqlarının iştirakı ilə məhəllələrarası, qədim milli oyunların keçirilməsinin təşkil edilməsi (yalağa salma, ənzəli, dülə döymə, midi-midi, aşıq-qoz,beşdə xanlar bəylər və s ).

- Şəki sənətkarlarının hazırladıqları əl işlərinin, Şəki şirniyyatlarının satışının təşkil edilməsi.

Qax rayonu, "İlisu" tarix-memarlıq qoruğu

16 - 28 mart

13.30-17.00

Pansionat və istirahət mərkəzləri ilə əldə edilən razılaşmaya əsasən, bayram günlərində istirahətə gələn qonaqlar üçün xüsusi marşrutlar üzrə ekskursiyaların aparılması

Qax rayonu, "İlisu" tarix-memarlıq qoruğu

17 mart

14.00-17.00

Yuxarı sinif şagirdləri və ziyarətcilərin iştirakı ilə "Qalaça" abidəsinə yürüş təşkil ediləcək.

Hacıqabul rayonu, "Pir Hüseyn Xanəgahı" tarix-memarlıq qoruğu

17 mart

Gün ərzində

Novruz şənliyi

"Şabran şəhəri" tarixi qoruğu

17 mart

10.00

Novruz şənliyi

Qobustan Milli tarix-bədii qoruğu

18 mart

14.00

Turizm şirkətlərinin rəhbərləri üçün infotur

Şəki şəhəri, "Yuxarı Baş" Dövlət tarix-memarlıq qoruğu

19 mart

"Gəncəli məhəlləsin"də Novruz

bayramının keçirilməsi

Şəki şəhəri, "Kiş" tarix-memarlıq qoruğu

20 mart

Axşam

Novruz bayramı tonqalının yandırılması və bayram şənliyi

İsmayıllı rayonu, "Lahıc" tarix-mədəniyyət qoruğu

20 mart

Axşam

Qoruğun ərazisində yerləşən bütün meydanlarda bayram tonqallarının yandırılması və yerli folklor qruplarının iştirakı ilə konsert proqramının təşkili

Şəki şəhəri, "Yuxarı Baş"Dövlət tarix-memarlıq qoruğu

21 mart

Axşam

"Yuxarı Karvansara"da bayram konsertinin keçirilməsi

Şəki şəhəri, "Yuxarı Baş" Dövlət tarix-memarlıq qoruğu

21 mart

Gün ərzində

Qala divarları ərazisində "Novruz bayramı"şəhər tədbirinin keçirilməsi

Zaqatala tarix-mədəniyyət qoruğu

21 mart

Zaqatala rayon İcra Hakimiyyəti ilə birlikdə Novruza həsr olunmuş bayram konserti

Bütün xəbərlər Facebook səhifəmizdə