“Emin Sabitoğlunun musiqi dünyası”

“Emin Sabitoğlunun musiqi dünyası”

Heydər Əliyev Sarayında "Emin Sabitoğlunun musiqi dünyası" adlı konsert keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, aprelin 7-də baş tutacaq konsertdə xalq artistləri Flora Kərimova, Aygün Bayramova, Könül Xasıyeva, Heydər Anatollu, Gülyanaq və Gülyaz Məmmədovalar, əməkdar artistlər Mətanət İsgəndərli, Aybəniz Haşımova, Aygün Bəylər, Aşıq Samirə, populyar müğənnilər Natəvan Həbibi, Günay İbrahimli, Xatirə İslam, Rəvanə Ərəbova, Gülay Zeynallı, Mirkamil Kamilov, Elçin Cəfərov və "Şeron" vokal qrupu bəstəkarın mahnılarını səsləndirəcək.

Sənətçiləri xalq artisti Fəxrəddin Dadaşovun rəhbərliyi ilə "Buta" instrumental ansamblı müşayiət edəcək.

Qeyd edək ki, biletləri şəhərin kassalarından əldə etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə