“12?” adlı sərgi açılacaq

Müasir İncəsənət Muzeyində on iki rəsm əsərlərindən ibarət "12?" adlı sərgi açılacaq. Müasir İncəsənət Muzeyindən SİA-ya verilən xəbərə görə, martın 3-də keçiriləcək sərgiyə rəssamlar Altay Sadıqzadə, Anar Hüseynzadə, Eldar Məmmədov, Elşən Qaraсa, Elşən Sərxanoğlu, Emin Əsgərov, Əli İbadullayev, Fəxri Abbasov, Hüseyn Haqverdiyev, Rəşad Babayev, Şamil Buksayev və Vüqar Quliyevin əl işindən ibarət sənət əsərləri təqdim olunacaq.

Qeyd edək ki, aprelin 3-dək davam edəcək layihənin kuratoru tanınmış rəssam Altay Sadıqzadədir.

Bütün xəbərlər Facebook səhifəmizdə