2013-cü ilin mart ayından etibarən elektron turist vizası verilən əcnəbi vətəndaşların sayı 45 000-ə çatıb. SİA-nın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, "Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 30 noyabr 2012-ci il tarixli, 2577 nömrəli sərəncamının icrasının təmin edilməsi üçün 2013-cü ilin 15 mart tarixindən Azərbaycan Respublikasına viza tələb olunan ölkələrdən turizm məqsədilə gələn xarici turistlərə elektron turist vizalarının verilməsi tətbiq edilir.
Qeyd olunan bu sistemin yaradılmasında məqsəd ölkəmizə səfər etmək istəyən əcnəbi turistlərin rahat və tez bir zamanda turist vizası əldə etməsini təmin etmək, eləcə də turizm şirkəti turistlərin fərdi və qrup halında səfərlərinin təşkili zamanı tur paketin qiymətinin azalması və ölkəmizə turist axınını artırmaqdır. Azərbaycan Respublikasının Xarici işlər Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyi elektron turist viza sisteminin təkmilləşdirilməsi istiqamətində mütəmadi olaraq müvafiq işlər görməkdədir. Hal-hazırda müvafiq qanunvericiliyə əsasən, elektron turist vizası ən gec 10 gün ərzində verilir, lakin bunun 5 günə endirilməsi ilə əlaqədar, Mədəniyyət və Turizm Nazirliyi və Xarici İşlər Nazirliyi müvafiq işlər görür.
Elektron turist vizasını Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 iyun 2015-ci il tarixli, 247 nömrəli qərarı ilə təsdiq edilmiş "Turistlərə elektron viza almaq hüququnu əldə etmək üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm şirkətlərinin akkreditasiyadan keçməsi Qaydası"nın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyindən akkreditasiyadan keçmiş turizm şirkətləri tərəfindən verilir. Bu turizm şirkətlərinin siyahısı Mədəniyyət və Turizm Nazirliyin, Xarici İşlər Nazirliyinin və Azərbaycanın xaricdə yerləşən səfirliklərinin veb səhifələrində yerləşdirilir. Qeyd olunan siyahı ilə aşağıdakı linkdən tanış ola bilərsiniz: http://azerbaijan.travel/az/pages/138/
Ölkəmizə turist qismində səfər etmək istəyən əcnəbi vətəndaş akkreditasiyadan keçmiş turizm şirkətlərinin hər birinə telefon, email və ya turizm şirkətlərin veb səhifələrində yaradılmış imkanlardan istifadə edərək müraciət edir, tələb olunan sənədləri və 20 ABŞ dolları məbləğində dövlət rüsumunu ödəməklə ən geci 10 gün müddətinə email vasitəsi ilə elektron turist vizasını əldə edə bilirlər.
Qeyd edək ki, elektron turist vizası pasporta yapışdırılmır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB