23 fevral saat 14:00-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində pianoçu, pedaqoq, Bakı Musiqi Akademiyasının professoru İvetta Qriqoryevna Plyamın xatirə gününə həsr olunmuş görüş keçiriləcək. SİA-nın nazirliyə istinadən verdiyi xəbərə görə, tədbirdə İ.Plyamın həyat və fəaliyyəti haqqında danışılacaq, mövzu ilə bağlı materiallar nümayiş olunacaq, 35 №-li musiqi məktəbinin şagirdlərinin ifasında konsert proqramı təqdim ediləcək.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən, 2016-cı il Azərbaycanda "Multikulturalizm ili" elan olunub. Əsrlər boyu Azərbaycan ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınıb. Müxtəlif millətlərin nümayəndələri bütün sahələrdə, o cümlədən, musiqi və təhsil sahəsində Azərbaycanın inkişafı naminə böyük işlər görüblər. Bunu Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyalarında qorunub saxlanılan tarixi sənədlər sübut edir. "Multikulturalizm ili" ilə əlaqədar muzey silsilə tədbirlər keçirtməyi planlaşdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB