Nərminə İsmayılova müsabiqədə ikinci yerə layiq görülüb FOTOLAR
Bülbül adına orta ixtisas musiqi məktəbinin IX sinif şagirdi Nərminə İsmayılova gənc pianoçuların Şopen adına XI Beynəlxalq müsabiqəsində uğurla çıxış edərək münsiflər heyətinin rəyinə əsasən II yerə layiq görülüb. SİA-nın verdiyi xəbərə görə, Estoniyanın Narva şəhərində keçirilən müsabiqədə 11 dövlətdən 50 gənc pianoçu iştirak edib.
Müsabiqədə N. İsmayılova İ.S.Bax, D.Scarlatti, F.Şopenin əsərlərini ifa edib.
Qeyd edək ki, Nərminə İsmayılova 2015-ci ilin aprelində zəmanəmizin görkəmli pianoçusu Denis Matsuyevin təşkilatçılığı ilə Astana şəhərində keçirilən gənc pianoçuların "Astana Piano Passion" III Beynəlxalq müsabiqəsində iştirak edərək diploma layiq görülüb.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB