Bakı Uşaq Teatrında "Oyun” adlı tamaşa olacaq FOTOLAR

Bakı Uşaq Teatrında "Oyun” adlı tamaşa olacaq FOTOLAR

Bakı Uşaq Teatrında gənclər üçün "Oyun" adlı tamaşa nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, fevralın 14-də baş tutacaq səhnə əsərinin rejissoru Könül Şahbazovadır. Elçin Hüseynbəylinin eyniadlı əsəri əsasında səhnələşdirilən tamaşada rolları Könül Şahbazova və Niyaz Qasımov oynayacaq.

Melodram janrında olan səhnə əsərində ailədaxili problemlər, qadın-kişi münasibətləri, maddi və mənəvi problemlər önə çəkilib. Bütün bu problemlərin fonunda bir sevgi hekayəsi öz əksini tapıb.

Qeyd edək ki, tamaşa Qaraçuxur qəsəbəsi Q.Abbasov adına mədəniyyət sarayında nümayiş olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə