Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti tanınmış teatr və kino aktrisası, xalq artisti, "Şöhrət" ordenli Firəngiz Şərifovanın anadan olmasının 92-ci ildönümü münasibətilə Fəxri Xiyabanda olub. Teatrın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, sənət dostları aktrisanın məzarını ziyarət edərək gül dəstələri qoyublar.
Teatrın direktoru, əməkdar Artist Mübariz Həmidov çıxış edərək Firəngiz Şərifovanın ifa etdiyi obrazlar, geniş yaradıcılıq potensialı, hər obraza xüsusi yanaşma tərzi, canlandırdığı obrazı özününküləşdirmək bacarığından danışıb.
Qeyd edək ki, Firəngiz Abbasmirzə qızı Şərifova 6 fevral 1924-cü ildə Azərbaycan Teatr sənətinin korifey sənətkarları Abbasmirzə Şərifzadə və Mərziyə Davudovanın ailəsində doğulub.
Dramaturq Cəfər Cabbarlının təkidi və atası Abbasmirzənin razılığı ilə səhnədə səkkiz yaşında "Oqtay Eloğlu"nda Sevər və bir az sonra "Sevil"də Gündüz rollarında çıxış edib. 1947-ci ildən 2011-ci ilin sentyabr ayının 1-ə qədər ona doğma olan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışıb.
Firəngiz Şərifova uzun sürən xəstəlikdən sonra 20 fevral 2014-cü il tarixində vəfat edib.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB